Bank Of Baku

Səhiyyə Nazirliyi həkimlərin növbəti imtahanın nəticələrini açıqlayıb

Səhiyyə Nazirliyi həkimlərin növbəti imtahanın nəticələrini açıqlayıb
# 18 mart 2011 09:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Səhiyyə Nazirliyi (SN) praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə martın 16-da keçirilən imtahanın nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə keçirilib. İmtahanda 2 nəfər maksimum 100 bal toplayıb. Həkimlər imtahan nəticələrini SN-nin rəsmi internet saytından və Sertifikasiya Komissiyasından öyrənə biləcəklər.

İmtahanda 100 sualdan ən azı, 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılıblar.

Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR