Bank Of Baku

Novruz Bayramı ilə əlaqədar Bakı şəhərinin bəzi ərazilərində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Novruz Bayramı ilə əlaqədar Bakı şəhərinin bəzi ərazilərində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
# 18 mart 2011 09:22 (UTC +04:00)
Bu barədə APA-ya qurumun Hərəkət təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi Novruz Bayramı ilə əlaqədar paytaxtda keçiriləcək bayram şənliklərində iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, 19-20 mart günləri tədbirlərin keçirildiyi ərazilərə bütün avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Niyazi, İstiqlaliyyət küçələri, Qoşa Qala qapısı, Əziz Əliyev küçəsi, Dənizkənarı Bulvar boyunca Neftçilər prospekti, Azneft dairəsi və əks istiqamətlə Azadlıq meydanı, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsində avtomobillərin park edilməsinə icazə verilməyəcək, bu istiqamətlə kəsişən digər küçə və prospektlərdən bütün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək: “Bayram tədbirlərinin keçirildiyi vaxtlar qeyd olunan küçələrdə avtomobillər üçün dayanacaq yerinin təyin edilməsinin mümkünsüzlüyünü bir daha nəzərinizə çatdıraraq şəxsi avtomobillərlə şənliyə qatılmaq istəyənlərdən bu istiqamətlərdə ictimai nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edirik”.

Ümumiyyətlə, Neftçilər prospekti ilə şəxsi avtomobillərini idarə edən sürücülərə şənlik iştirakçılarının hərəkətinin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi, yol-nəqliyyat hadisələrinin, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün alternativ yollardan istifadə edilməsi tövsiyə olunur və xahiş edilir ki, Dənizkənarı Bulvar istiqamətinə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR