Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Adambaşına minimum istehlak səbəti 165 manatdır

İqtisadi Tədqiqatlar Mərkəzi: Adambaşına minimum istehlak səbəti 165 manatdır
# 18 mart 2011 09:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) fevral ayı üzrə Azərbaycanda minimum istehlak səbətinin dəyərini açıqlayıb.

İTM-dən “APA-Economics”ə verilən məlumata görə, hesablamalar fevral ayında Azərbaycanın 10 regionunda aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlərə əsaslanır.

Həmin hesablamalara əsasən, fevral ayında Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,06 manat, pensiyaçılar üçün 148,74 manat, 0-14 yaşlı uşaqlar üçünsə 202,68 manat təşkil edib. Fevral ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,93 manat, pensiyaçılar 94,72 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,58 manat xərcləməli olub.

Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 33,81 manat, pensiyaçılar üçün 31,58 manat, 0-14 yaşlı uşaqlar üçün 65,54 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR