Bank Of Baku

Bəzi rayonlarda 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri martın 19-da açıqlanacaq

Bəzi rayonlarda 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri martın 19-da açıqlanacaq
# 18 mart 2011 10:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanın nəticələrini açıqlayıb. Nazirliyin şagirdlərin nailiyyətlərini qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, imtahanın nəticələri http://exam.edu.gov.az/ saytına yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.

Qeyd edilən rayonlarda 9-cu siniflər üçün martın 13-də keçirilmiş imtahanın nəticələri isə sabah açıqlanacaq. Bu nəticələr də internetdə yerləşdiriləcək.

T. Hacıyevanın sözlərinə görə, hələ imtahanların nəticələrini ictimaiyyətə açıqlamağa ehtiyac durmurlar. Aprelin 17-də respublika üzrə bütün sınaq imtahanları bitdikdən sonra nəticələr barədə geniş məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR