Bank Of Baku

Oqtay Şirəliyev Şirvanda səhiyyə obyektlərinin əsaslı təmirdən sonra açılışında iştirak edib - FOTO

Oqtay Şirəliyev Şirvanda səhiyyə obyektlərinin  əsaslı təmirdən sonra açılışında iştirak edib - <font color=red>FOTO</font>
# 18 mart 2011 11:58 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində səhiyyə obyektlərinin əsaslı təmirdən sonra açılışı keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Şirvan Mərkəzi Xəstəxanasının travmatologiya, reanimasiya, terapiya, urologiya şöbələri əsaslı təmir olunub. Adı çəkilən şöbələr yeni avadanlıqlarla təchiz edilib. Xəstəxananın bütün palata və otaqları istilik sistemi ilə təchiz edilib. Mərkəzi xəstəxananın ərazisində Elmi Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutunun Mərkəzi Qan bankının Şirvan bölməsi yaradılıb. Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsi də təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR