Bank Of Baku

Tiflisdə “Gürcüstanın oğulları” adlı kitab nəşr olunub

Tiflisdə “Gürcüstanın oğulları”  adlı kitab nəşr olunub
# 18 mart 2011 12:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə yeni ensiklopedik lüğət çapdan çıxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitab “Gürcüstanın oğulları” adlanır. Kitabın elektron versiyasının təqdimatı keçirilib. Kitabda Gürcüstanda yaşayan etnik azlıqların görkəmli nümayəndələri barədə də 300-dən çox məlumat xarakterli yazılar verilib. Çıxış edənlər ölkədə yaşayan etnik azlıqların Gürcüstan mədəniyyət irsinə böyük töhfələr verdiklərini qeyd ediblər. Gürcüstan Ombudsmanı Georgi Tuquşi bildirib ki, Gürcüstanda yaşayan latışlar, ruslar, azərbaycanlılar, ermənilər və digər millətlərin qabaqcıl nümayəndələri bu ölkə üçün böyük işlər görüblər: “Onlar olduqca çox işlər görüblər. Onların əməyi nəticəsində Gürcüstan tarixi belə zənginləşib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR