Bank Of Baku

Novruz bayramı münasibətilə İçərişəhərdə “Meydan bazarı” təşkil olunacaq

Novruz bayramı münasibətilə  İçərişəhərdə “Meydan bazarı” təşkil olunacaq
# 18 mart 2011 13:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən martın 21-24-də saat 11.00-dan 18.00-a qədər Qoşa Qala Qapıları Meydanında “Meydan bazarı” təşkil olunacaq. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, Novruz bayramı münasibəti ilə təşkil olunacaq tədbirdə pəhləvanların, kəndirbazların və sehrbazların çıxışı, milli tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı nəzərdə tutulub. Bakılılar və şəhərin qonaqları milli geyimlərdə İçərişəhərin simaları ilə tanış ola və milli yeməklərdən dada biləcəklər. Qız Qalasının qarşısında yerləşən meydanda musiqiçilər və müğənnilərin iştirakı ilə konsert proqramları nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR