Bank Of Baku

Azərbaycan məşğulluq xidmətləri ilə bağlı Litva və Avstriya təcrübəsini öyrənir

Azərbaycan məşğulluq xidmətləri ilə bağlı Litva və Avstriya təcrübəsini öyrənir
# 18 mart 2011 13:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dünya Bankı ilə birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “Təkmilləşdirilmiş Məşğulluq Xidmətləri” komponenti çərçivəsində ƏƏSMN və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət layihə işçi qrupunun üzvləri və icraçılarından ibarət 9 nəfərlik nümayəndə heyəti Avstriya və Litvada təlim səfərində olub.
Layihənin işçi qrupundan “APA-Economics”ə verilən məlumata görə, səfər Avstriya və Litvanın məşğulluq xidmətləri, bu ölkələrin Aktiv Əmək Bazarı Proqramlarının icrası sahəsində həyata keçirdikləri qabaqcıl təcrübə ilə əyani tanışlıq və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması məqsədilə təşkil olunub. Avstriyaya təlim səfəri zamanı həmin ölkənin Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Federal Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin Baş İdarəsi, Aşağı Avstriya regionu üzrə Regional Məşğulluq Xidməti Mərkəzi, Huttenqras və Mödlinq rayonlarının Yerli Məşğulluq Xidməti Mərkəzlərində görüşlər keçirilib.
Litvaya səfər zamanı isə Litva Sosial Təminat və Əmək Nazirliyi, Litva Əmək Birjası, Vilnüs Regional Əmək Birjası, eləcə də Şalçininkay rayonunun Yerli Əmək Birjasında görüşlər olub.
Hər iki ölkədə keçirilən görüşlərdə aidiyyəti qurumların nümayəndələri tərəfindən adıçəkilən təşkilatların funksiyaları və təşkilatı strukturu, qarşılıqlı və sosial tərəfdaşlarla əməkdaşlıq əlaqələri, əmək bazarının vəziyyəti və problemləri, işsizliklə mübarizə üçün tətbiq olunan Aktiv Əmək Bazarı Siyasətləri, bu siyasətin icrasının keyfiyyətinə nəzarət və monitorinq sistemi barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR