Bank Of Baku

İsveçin Lund Universitetində “Avropada dondurulmuş münaqişələr” adlı konfrans keçirilib

İsveçin Lund Universitetində “Avropada dondurulmuş münaqişələr” adlı konfrans keçirilib
# 18 mart 2011 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İsveçin Lund Universitetində İsveç Xarici Əlaqələr Assosiasiyası Azərbaycanın bu ölkədəki səfirliyinin, burada təhsil alan azərbaycanlı tələbələr və soydaşlarımızın təşkilatçılığı ilə “Avropada dondurulmuş münaqişələr” adlı konfrans keçirilib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə İsveçdə təhsil alan azərbaycanlılarla yanaşı əcnəbilər, o cümlədən ermənilər də qatılıb. Konfransda Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov və onun müşaviri Günəş Rüstəmzadə məruzə ilə çıxış edib. Rafael İbrahimov məruzəsində Azərbaycan və onun tarixi, Azərbaycanın İsveçlə birləşdirən bağlar, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı, Azərbaycanın sosial, iqtisadi və ictimai inkişafı haqqında ətraflı məlumat verib. Diplomat 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsini də konfrans iştirakçılarının diqqətinə çatdırıb. DAK Nəzarət - Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin hazırladığı “Erməni terroru”, “Bizi əsirlikdən qurtarın” və sairə bu kimi kitab və videomaterialları Lund Universitetinin kitabxanasına və İsveç Xarici Əlaqələr Assosiasiyasının nümayəndələrinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR