Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi, türk iş adamları Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi, türk iş adamları Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər - <font color=red>FOTO</font>
# 18 mart 2011 14:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər. APA-nın xəbərinə görə, bu məqsədlə Bakıdakı Türk Şəhidliyi, Şəhidlər Xiyabanı ziyarət olunub. Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç Türk Şəhidliyini xatirə dəftərinə bu sözləri yazıb: “Türk şəhidlikləri yerindən asılı olmayaraq, təkcə Azərbaycan uğrunda şəhid olanların deyil, bütün şəhidlərimizin məkanıdır. Eyni zamanda erməni terrorçuları tərifindən şəhid edilmiş diplomatlarımzı da anırıq”.

H. Kılıç jurnalistlərə açıqlamasında deyib ki, 18 mart türklərin vətənpərvərlik hisslərinin Qərbin üstün texnologiyalarına üstün gəldiyi gündür.

Səfir, həmçinin Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR