Bank Of Baku

Qubada daha iki Qarabağ əlilinə ev verilib

Qubada daha iki Qarabağ əlilinə ev verilib
# 18 mart 2011 16:16 (UTC +04:00)
Quba. Zaur Quliyev-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Novruz bayramı ərəfəsində daha iki Qarabağ müharibəsi əlilinə ev verib. APA-nın şimal bürosunun məlumatına görə, nazirliyin vəsaiti ilə tikilən ikiotaqlı yaşayış evlərinin açarları bu gün Quba rayonunun Nügədi Qazmalar və İsnovqışlaq kənd sakinləri, ikinci qrup Qarabağ müharibəsi əlilləri Eldarov Hatəm Qəmbər oğlu və Qazıyev Habil Sabir oğluna təqdim olunub.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən ƏƏSMN-in məsul işçisi Rauf İsbatov son vaxtlar respublikada Qarabağ əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində həyata keçirilən layihələrdən söz açıb.

Qeyd edək ki, yaxın vaxtlarda Qubada daha üç Qarabağ əlili fərdi yaşayış evi ilə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR