Baş Prokurorluqda yaradılmış “Qaynar xətt”ə bu günə kimi 747 müraciət daxil olub, iki məlumat əsasında cinayət işi qaldırılıb
Qeydiyyata alınmış müraciətlərdən 493-ü və yaxud 66 faizi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması, eyni zamanda, cinayət xarakterli pozuntular aşkar edildiyi təqdirdə toplanmış materialların prokurorluğa göndərilməsi üçün müvafiq nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarına göndərilib. Müraciətlərin 58-i, yaxud 7,8 faizi nəticəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə bildirilməklə baxılaraq müvafiq tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilib. Vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa olunması, korrupsiya hüquqpozmalarından əziyyət çəkənlərin hüquqlarının bərpası məqsədi ilə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bununla əlaqədar “Qaynar xətt” əlaqə mərkəzinə sosial müdafiə sahəsində korrupsiya hüquqpozmaları barədə daxil olmuş məlumatlardan 2-si üzrə artıq cinayət işləri başlanıb.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad və Kürdəmir rayon mərkəzlərinin işçiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilməsi nəticəsində vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, törətdiyi cinayət əməllərinə görə həmin qurumların vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə aparılmış ümumiləşdirmə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı şikayətlərin artdığı müşahidə edilib. Bu qəbildən olan şikayətlərin əksəriyyəti Sabirabad, Kürdəmir, Quba, Ağcabədi, Ağdaş, İsmayıllı, Ağdam, Laçın, Gəncə şəhəri, Bakı şəhərinin Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olub. Müəyyən edilib ki, vətəndaşlara hesablanmış ünvanlı sosial yardımın 4-6 ayının pulları rayon mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən mənimsənilib, həmçinin yardımın təyin edilməsi üçün onun müəyyən hissəsinin gələcəkdə vəzifəli şəxslərə veriləcəyi şərti ilə yardım təyin edilib.
Aparılmış təhlil göstərir ki, bir çox hallarda ünvanlı sosial yardımın alınması ilə əlaqədar müraciət etmiş buna hüququ olmayan şəxslər rayon sosial müdafiə mərkəzlərinin əməkdaşları ilə qabaqcadan cinayət əlaqəsinə girməklə alınmış yardımı öz aralarında bölüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti üzərində nəzarətin lazımi səviyyədə həyata keçirilməməsi nəticəsində ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi və ödənilməsi sahəsində kobud qanun pozuntularına yol verilib. Həmin nöqsanların aradan qaldırılması və digər zəruri təşkilati tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına müraciət edilib. ”Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərə dövlət qulluğunda, o cümlədən hüquq mühafizə, habelə yerli özünüidarə orqanlarında, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında tutduqları mövqedən asılı olmayaraq, korrupsiya cinayətləri və ya hüquqpozmaları törətmiş bütün vəzifəli şəxslərin məsuliyyət məsələləri qanunçuluq prinsipi əsas tutulmaqla araşdırılır.
Eyni zamanda, mənfi hərəkətləri ilə prokurorluq orqanlarının nüfuzuna xələl gətirən şəxslərlə mübarizə və kadr korpusunun sağlamlaşdırılması prokurorluq orqanlarının daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə ən qəti tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, Ağdaş Rayon Prokurorluğunun müstəntiqi Fəxrəddin Əliyevin qulluq mövqeyindən istifadə edərək 8 il müddətinə azadlıqdan məhrum olunmuş Təvəkkül Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək onun həyat yoldaşı Tamilə Əliyevadan 7400 ABŞ dolları alaraq mənimsəməsi faktına görə sonuncunun bu barədə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə cinayət işi başlanmış və Fəxrəddin Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İdarədə araşdırılan 196 müraciətdən 60-ı üzrə vətəndaşlar idarədə qəbul edilməklə onların ərizə və izahatları alınmış, əsasən bölgələrin sakinləri olan 136 müraciət müəllifləri isə müxtəlif səbəblərdən idarəyə gələ bilmədiklərindən onların qəbul olunaraq ərizə və izahatlarının alınması müvafiq ərazi prokurorluqlarına həvalə edilmişdir. Həmin müraciət müəlliflərindən 78-nin ərizə və izahatları rayon (şəhər) prokurorluqlarında alınaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim olunub. İdarədə araşdırılan müraciətlərdən 38-i üzrə vətəndaşların şikayətləri araşdırma zamanı təmin olunub.
“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həfrə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Zəngilanda bir nəfər çayda boğulub
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb