Bank Of Baku

Baş Prokurorluğunun kollektivi 2800 məcburi köçkünə ərzaq yardımı göstərib

Baş Prokurorluğunun kollektivi 2800 məcburi köçkünə ərzaq yardımı göstərib
# 19 mart 2011 07:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Novruz bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2 800 məcburi köçkünə 17 080 kq həcmində 21 min manatlıq ərzaq yardımı göstərib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş Prokurorluğun məsul işçiləri və 23 rayon prokurorluğunun əməkdaşları Bərdədəki «meşəçilik institutu» deyilən ərazidə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.

Görüşdə baş prokurorun köməkçisi Elşən Abbasov və Bərdə rayon prokuroru Rəhim Əliyev məcburi köçkünləri bayram münasibətilə təbrik edib, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının apardığı siyasət barədə məlumat verib.

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR