Bank Of Baku

Moskvada Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi keçiriləcək

Moskvada Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi keçiriləcək
# 19 mart 2011 11:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 28-dən iyulun 1-dək Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “HTTM-2011”- Gənclərin XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi yaradıcı gənclərin aşkar olunması və dəstəklənməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına şəraitin yaradılması, gənclərin elmi fəaliyyət və elmi-texniki yaradıcılıqda iştirakının səmərəliliyinin artırılması, MDB-nin iştirakçı dövlətlərinin vahid elmi-tədris məkanının inkişafından ibarətdir. Sərgidə yaşı 14-dən 30-dək olan gənc alimlər, ixtiraçılar, tədqiqatçılar, konstruktorlar, müsabiqə və olimpiadaların qalibləri, elmi-texniki layihələrin müəllifləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR