Bank Of Baku

Zərdab rayonunun Qaravəlli kəndinə qaz verilib

Zərdab rayonunun Qaravəlli kəndinə qaz verilib
# 19 mart 2011 12:12 (UTC +04:00)
Zahid Abışov. APA – Ucar. Bu gün Zərdab rayonunun Qaravəlli kəndinə təbii qaz verilib. APA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, ictimaiyyət, akademik Teymur Bünyadov, «Azəriqaz» İB-nin məsul işçisi Musa Abdullayev iştirak ediblər. Toplantıda bildirilib ki, 165 abonenti olan Qaravəlli Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ilk qazla təmin olunmuş kəndlərdəndir. İlkin mərhələdə bütün abonentlər sayğac və fərdi tənzimləyici qurğularla təmin olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR