Bank Of Baku

Gənclər və İdman Nazirliyi “Uğur” Milli mükafatına layiq görülüb

Gənclər və İdman Nazirliyi “Uğur” Milli mükafatına layiq görülüb
# 19 mart 2011 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Gənclər və İdman Nazirliyi (GİN) ölkədə gənclər və idman siyasətinin həyata keçirilməsində qazanılan nailiyyətlərə görə “Uğur” Milli mükafatına layiq görülüb. Bu barədə APA-ya GİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Uğur mükafatı 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan və iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandıran “Consulting&Business” jurnalı, azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR