Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac əkini ilə bağlı yaz mövsümünə start verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac əkini ilə bağlı yaz mövsümünə start verib
# 19 mart 2011 13:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz əkin mövsümü ilə bağlı iməciliklərə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Bakı şəhərində, Suraxanı dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun sol tərəfində 5 hektar ərazidə keçirilən iməcilikdə Nazirliyin 300-ə yaxın əməkdaşının iştirakı ilə ümumilikdə 4 mindən çox zeytun ağacı əkilib. Ağacəkmə ilə bağlı iməciliklər Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.

Nazirlik yaz mövsümü ilə əlaqədar ölkə ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir. Bunun respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər dövlət və qeyri-dövlət qurumları və vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR