Bank Of Baku

Azərbaycan Dövlət Miqrasiya Xidməti peşə bayramını qeyd edir

Azərbaycan Dövlət Miqrasiya Xidməti peşə bayramını qeyd edir
# 19 mart 2011 14:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) qurumun yaradılmasının 4 illiyini və peşə bayramını qeyd edib. APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə çıxış edən DMX-nin rəisi Arzu Rəhimov qeyd edib ki, 2007-ci il martın 19-da ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. Azərbaycanın son illərdə hərtərəfli inkişaf etdiyini qeyd edən A.Rəhimov bunun nəticəsi olaraq ölkəmizin əcnəbilər üçün cəlb edici bir dövlətə çevrildiyini bildirib: «Bu gün Azərbaycanda müşahidə olunan hərtərəfli inkişaf, ölkədəki sabitlik və yaxşı yaşayış tərzi əcnəbilərin ölkəyə axınını artırıb. Azərbaycanda bu gün təqribən 400 mindən artıq əcnəbi var. Ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti bizimlə sərhəd olan qonşu Gürcüstan, Rusiya, İran və Türkiyə vətəndaşlarıdır. Bundan başqa deyə bilərəm ki, ölkədə Asiya və Avropadan gələn əcnəbilər də var».

A.Rəhimov həmçinin bildirib ki, ötən il Azərbaycanda əcnəbilərlə bağlı 16 mindən artıq inzibati hüquq pozma halları qeydə alınıb. Nəticədə, təqribən 9500-dən artıq əcnəbi ölkədən çıxarılıb. A.Rəhimov qanunsuz miqrasiyaya qarşı tədbirlərin mütəmadi aparıldığını vurğulayıb.

Sonra isə A.Rəhimov xidmətdə fərqlənən DMX əməkdaşlarını təltif edib. Tədbir bayram konserti ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR