Bank Of Baku

Qax rayonunda daha bir Qarabağ müharibəsi əlili evlə təmin olunub

Qax rayonunda daha bir Qarabağ müharibəsi əlili evlə təmin olunub
# 19 mart 2011 16:54 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayonunda daha bir Qarabağ müharibəsi əlili evlə təmin edilib. Qax rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) maliyyə dəstəyi ilə rayonun Əmbərçay kəndində II qrup Qarabağ müharibəsi əlili Telman Əhmədov üçün ümumi sahəsi 77 kv. metr olan iki otaqlı fərdi yaşayış evi tikilib. Bu münasibətlə bu gün Əmbərçay kəndində keçirilən mərasimdə Qax RİH-in başçısı Musa Şəkiliyev, ƏƏSMN-in əməkdaşı Nazim Əliyev, müvafiq təşkilat nümayəndələri, Əmbərçay kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, ƏƏSMN bundan sonra da rayonda bu cür tədbirləri davam etdirəcək. T.Əhmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. ƏƏSMN Azərbaycan torpaqlarının azadlığı və bütövlüyü yolunda şəhid və əlil olan ailələrinin sosial problemlərinin həlli istiqamətində Qax rayonunda bu günə kimi 16 mənzilli 2 yaşayış binası və 6 fərdi yaşayış evi tikərək istifadəyə verib.

Qeyd edək ki, Qax rayonunda 161 şəhid ailəsi və 80 nəfər Qarabağ müharibəsi əlili yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR