Bank Of Baku

Biləsuvar rayonunda iki Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub

Biləsuvar rayonunda iki Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
# 20 mart 2011 02:44 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə Biləsuvar rayonunun Ağalıkənd kəndində iki Qarabağ müharibəsi əlilinə fərdi mənzillər verilib. Biləsuvar Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Cənub bürosuna verilən məlumata görə, martın 19-da yeni mənzillərin açarlarının onların sahiblərinə təqdim olunması münasibətlə keçirilən mərasimdə ƏƏSMN-nın aparat rəhbəri Elnur Kələntərli, sektor müdiri Vidadi Əmənov, Qarabağ Əlilləri Cəmiyyəti Biləsuvar rayon təşkilatının sədri Bəhruz Əliyev və başqaları çıxış edərək hər biri üç otaqdan ibarət olan bu yeni evlərin onların sakinləri üçün Novruz bayramında ən gözəl töhvə olduğunu bildiriblər. Tədbirdə o da qeyd olunub ki, ƏƏSMN-nin sifarişi ilə Biləsuvar rayonunda indiyədək şəhid ailələri və müharibə əlilləri üçün 8, 16 və 20 mənzilli yaşayış binaları və 6 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Hazırda isə bu qəbildən olan insanlar üçün inşa edilən daha bir 16 mənzilli yaşayış binasında son tamamlama işləri görülməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR