Bank Of Baku

Yaponiyada təbii fəlakətdən sonra siqaret qıtlığı yaranıb

Yaponiyada təbii fəlakətdən sonra siqaret qıtlığı yaranıb
# 23 mart 2011 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaponiyada baş vermiş kataklizmlər nəticəsində ölkənin şimal-şərqində siqaret qıtlığı yaranıb.

«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, dünyada sayca üçüncü iri tütün şirkəti olan «Japan Tobacco» zəlzələ və sunamidən zərər çəkib və nəticədə Yaponiyada dükanlarda bir çox siqaret markaları qurtarıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Yaponiyada kişilərin 40%-i, qadınların isə 12%-i siqaret çəkir. Bu ölkədə barlarda, restoranlarda, həmçinin bir neçə şirkət ofisində siqaret çəkilməsinə icazə verilir.

«Japan Tobacco»ya gəldikdə isə, bu şirkətin məhsulları 120 ölkədə satılır. Şirkətin beynəlxalq brendlərinin sırasına «Winston», «Mild Seven», «Camel» və «Benson & Hedges» siqaretləri daxildir.

Xatırladaq ki, martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Nəticədə ölən və itkin düşənlərin sayı 24 mini ötüb. Ölkənin şimal-şərqində xilasetmə işləri davam edir.

Eyni zamanda Yaponiyanın bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Mütəxəssislərin hesablamalarına görə, ölkəyə dəymiş birbaşa iqtisadi zərər 300 mlrd. ABŞ dollarından çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR