Bank Of Baku

Azərbaycan ərazisində yaxın iki gün üçün hava proqnozu

Azərbaycan ərazisində yaxın iki gün üçün hava proqnozu
# 24 mart 2011 09:41 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, axşam 5 dərəcəyə yaxın olacaq. Martın 26-da isə hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər arabir şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin qısa müddət ərzində bir-birini əvəz etməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Martın 26-da regionlarda əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR