Bank Of Baku

Azərbaycanın millət vəkili Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz şənliklərində iştirak edib

Azərbaycanın millət vəkili Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz şənliklərində iştirak edib
# 24 mart 2011 09:47 (UTC +04:00)
Bakı – APA. Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən Novruz bayramı şənliklərində iştirak edib. APA-nın məlumatına görə, Qənirə Paşayeva kənd sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, xoş gələcək arzulayıb. Həmin gün məktəb şagirdləri və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ifasında konsert proqramı keçirilib. Axşam saatlarında isə Faxralı kəndinin yaxınlığındakı Gözəl dağda bayram tonqalları yandırılıb. Mərasimdə çıxış edən Q. Paşayeva deyib ki, gələn il bu bayram tonqallarının Qarabağda, işğaldan azad olunan torpaqlarımızda yandırılmasını arzulayır: “Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ən böyük arzusu budur və inşallah o gün uzaqda deyil. Biz düşünürük ki, dost Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü bərqərar olacaq və xalqlarımız bu bayramları da birgə qeyd edəcəklər”.
Q. Paşayeva Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızı daim düşündüyünü və onlara dəstək istiqamətində həyata keçirdiyi işlərdən də danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR