Bank Of Baku

Şimali Kaliforniyada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər

Şimali Kaliforniyada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
# 24 mart 2011 10:22 (UTC +04:00)
Bakı-APA. Novruz bayramı Şimali Kaliforniyada yaşayan azərbaycanlılar arasında xüsusi təntənə ilə qeyd edilmişdir. APA-nın xəbərinə görə, bayram tədbirində 200-dən çox qonaq iştirak edib. İlk olaraq Şimali Kaliforniya Azərbaycan Mədəni Cəmiyyətinin üzvü Samir Lütfəliyev çıxış edərək qonaqları bayram münasibətilə təbrik edib. Daha sonra Azərbaycan-Amerika Şurasının icraçı direktoru Cavid Hüseynov Novruz bayramı haqqında qonaqlara məlumat verərək bayram iştirakçılarını təbrik edib.

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Fərid Musayev bayram tədbirində çıxış edərək, tədbirdə iştirak edən qonaqlara, ölkə prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış bayram təbrikini çatdırıb. Tədbir Şimali Kaliforniya Azərbaycan Mədəni Cəmiyyəti və Azərbaycan Amerika Şurasının dəstəyi ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR