Bank Of Baku

Adil Qəribov: “Azərbaycana gətirilən məhsulların tərkibində radioaktiv maddələrin olmadığı təsdiqini tapandan sonra, həmin mallar ölkə ərazisinə buraxılacaq”

Adil Qəribov: “Azərbaycana gətirilən məhsulların tərkibində radioaktiv maddələrin olmadığı təsdiqini tapandan sonra, həmin mallar ölkə ərazisinə buraxılacaq”
# 24 mart 2011 11:52 (UTC +04:00)
Bunu APA-nın şimal bürosuna açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, xarici ölkələrdən, xüsusilə də Yaponiyadan Azərbaycana gətirilən məhsulların tərkibində insan həyatı üçün zərərli olan radioaktiv maddələrin olmadığı tam təsdiqini tapdıqdan sonra, həmin mallar ölkə ərazisinə buraxılacaq. Adil Qəribovun sözlərinə görə, Azərbaycana gətirilən bütün növ məhsulların tərkibi sərhəd keçid məntəqələrində quraşdırılmış xüsusi monitorinq cihazları vasitəsi ilə yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR