Bank Of Baku

“Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində çap edilib

“Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində çap edilib
# 24 mart 2011 12:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Məclisin deputatı Qənirə Paşayevanın və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının müəllifi olduğu “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı Türkiyə türkcəsində çap edilib. APA-nın məlumatına görə, kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım hadisələrindən bəhs olunur. Nəşrdə qeyd olunub ki, işğal zamanı 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib, Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üzərilərinə benzin tökülərək yandırılıb, Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanıs Ayrım kəndi 1990-cı il avqustun 20-də Ermənistan hərbi birləşmələri tərəfindən tamamilə işğal edilib və yandırılıb.
Soyqırım şahidlərinin, ailəsi qətliama məruz qalanların ifadələrinin yer aldığı kitabın baş məsləhətçisi, Baş prokurorun müavini, Respublikanın hərbi prokuroru Xanlar Vəliyevdir.

Qeyd edək ki, kitab 2010-cu ildə ingilis dilində çar edilərək bir sıra xarici ölkələrdə yayılıb. Kitabın Türkiyə türkcəsindəki nümunəsi isə bu ölkənin millət vəkillərinə, ictimai-siyasi xadimlərinə, KİV-nə, qeyri-hökumət təşkilatlarına, universitetlərə və kitabxanalara paylanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR