Bank Of Baku

Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır
# 25 mart 2011 10:18 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 231 m3/san artaraq 387 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən həddi keçib. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 262 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə normanı keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-6,17 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR