Bank Of Baku

Meşə əkini davam etdirilir

Meşə əkini davam etdirilir
# 25 mart 2011 16:16 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə mühafizəsi və bərpası müəssisələri, həmçinin “Azəryaşlandşaf” ASC-nin əməkdaşları tərəfindən bayram günləri də bütün bölgələrdə meşə əkini işləri intensiv davam etdirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 17-də yaz əkini mövsümünə start verilməsindən keçən qısa müddət ərzində ümumilikdə 730 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb, Bakı şəhəri və onun ətrafındakı 120 hektar sahədə isə 170 min ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.

Xatırladaq ki, martın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkini mövsümünə başlanılması ilə əlaqədar geniş müşavirə keçirilib. Müşavirədə nazirliyin aidiyyəti struktur bölmələrinə yaz əkini mövsümündə aparılan meşə əkini və yaşıllaşdırma işlərinin qısa müddətdə başa çatdırılması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR