Bank Of Baku

Azərbaycan paytaxtında havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Azərbaycan paytaxtında havanın temperaturu 20 dərəcəyədək yüksələcək
# 28 mart 2011 08:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, səhər zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-15 dərəcə isti olacaq.

Martın 30-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 15-20 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 29-da hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 3-7, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 30-da hava, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq, amma martın 30-da gecə və axşam Lənkəran-Astara zonasında az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Gecə 3-7, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR