Bank Of Baku

Azərbaycanda qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

Azərbaycanda qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb
# 28 mart 2011 09:08 (UTC +04:00)
Bu barədə APA-ya nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib.

Onun sözlərinə görə, adsız fəaliyyət göstərən bu bağça ilə bağlı müvafiq tədbirin görülməsi üçün artıq Vergilər Nazirliyinə məlumat verilib.

H. Zərbəliyev qanunsuz işlədiyi üçün bu bağçanın fəaliyyətinin dayandırılmalı olduğunu da söyləyib. Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi bu bağçaya kiçik yaşlıların hansı səviyyədə cəlbi ilə bağlı məlumat toplaya bilməyib: “Biz o bağçaya gedəndə qapını açmadılar. Amma biz Vergilər Nazirliyinə müraciət etmişik. Yəqin ki, yaxın günlərdə Vergilər Nazirliyindən müraciətimizə cavab gələcək”.

Qeyd edək ki, ötən il Azərbaycanda 9 uşaq bağçasına lisenziya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR