Bank Of Baku

Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək

Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
# 28 mart 2011 09:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Aprelin 9-10-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Türkiyənin “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq.

Sərgidə tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR