Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanın bəzi rayonlarında 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri açıqlanıb
# 28 mart 2011 09:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 9-cu siniflər üçün keçirdiyi sınaq imtahanın nəticələrini açıqlayıb. Nazirliyin şagirdlərin nailiyyətlərinin qiymətləndirmə şöbəsindən APA-ya verilən məlumata görə, imtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Qeyd edilən rayonlarda 11-ci siniflər üçün martın 13-də keçirilmiş imtahan nəticələri artıq açıqlanıb.
Respublika üzrə bütün sınaq imtahanları aprelin ortalarında bitəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR