Bank Of Baku

Azərbaycan və Gürcüstan seysmoloqları birgə çöl ekspedisiyaları təşkil edəcəklər

Azərbaycan və Gürcüstan seysmoloqları birgə çöl ekspedisiyaları təşkil edəcəklər
# 28 mart 2011 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Baş direktoru Qurban Yetirmişli martın 22-dən 26-dək Gürcüstanda səfərdə olub. RSXM-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində Q. Yetirmişli NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib. Konfransda Cənubi Qafqaz ölkələri, NATO və ABŞ-dan olan nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə regiondakı seysmogen vəziyyət, Azərbaycan və Gürcüstanın Seysmik Xidmət Mərkəzləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə olunub. Əldə olunmuş razılaşmaya əsasən, layihə çərçivəsində bu ilin iyun ayında Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə Gürcüstanda seysmik avadanlıqların quraşdırılması ilə bağlı seminar-treninqlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tərəflər arasında təcrübə mübadiləsini genişləndirmək məqsədi ilə Azərbaycanda gürcüstanlı mütəxəssislərin iştirakı ilə çöl ekspedisiya işləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR