Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrinin Azərbaycana səfəri başlayır

Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrinin Azərbaycana səfəri başlayır
# 28 mart 2011 13:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Malyariya Proqramının direktoru Robert Nyuman və Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Ejovun bu gün Azərbaycana səfəri başlayır. ÜST-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər martın 31-dək davam edəcək. Səfərin əsas məqsədi Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olmaqdır. Səfər zamanı Azərbaycanın Səhiyyə Nazirliyi ilə ÜST arasında malyariya sahəsi üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişaf yolları müzakirə ediləcək. Eyni zamanda, ÜST rəsmilərinin Səhiyyə Nazirliyində və partnyorlarla görüşləri təşkil olunacaq. Qonaqların malyariya ilə bağlı vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycanın rayonlarından birinə səfəri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR