Bank Of Baku

Moskvada siqaret reklamı qadağan olunacaq

Moskvada siqaret reklamı qadağan olunacaq
# 28 mart 2011 13:34 (UTC +04:00)
Bakı - APA-Economics. Moskva hökuməti paytaxtda tütün məhsullarının reklamını qadağan etmək niyyətindədir. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, artıq bununla bağlı müvafiq qanun layihəsi hazırlanıb.

Paytaxt dumasının deputatları tərəfindən hazırlanan “Moskva şəhər əhalisinin tütün tüstüsündən müdafiəsi haqqında” qanun layihəsi artıq ictimai müzakirəyə çıxarılıb və Moskva şəhər Dumasının saytında yerləşdirilib.

Layihə qəbul olunarsa, şəhər mülkiyyətində, o cümlədən avtovağzal, metropoliten və ictimai nəqliyyatın dayanacaqlarında, eləcə də çoxmənzilli evlərin bloklarında, təhsil və səhiyyə müəssisələrində siqaret reklamı qadağan ediləcək.

Qanun layihəsi Moskvanın mərhələli şəkildə tütün tüstüsündən azad olmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR