Bank Of Baku

Səməd Seyidov BMT-nin Lider Qadınlar Şurasının sədri ilə görüşüb - FOTO

Səməd Seyidov BMT-nin Lider Qadınlar Şurasının sədri ilə görüşüb  - <font color=red>FOTO</font>
# 28 mart 2011 15:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov BMT-nin Lider Qadınlar Şurasının sədri, Britaniya-İrlandiya Parlamentlərarası komitənin üzvü, Avropa İnsan Alveri ilə Mübarizə komissiyasının rəhbəri, Lordlar palatasının üzvü, Azərbaycan-İngiltərə Parlamentlərarası dostluq qrupunun üzvü Baronessa Mary Goudie ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səməd Seyidov universitet rəhbərliyini qonaqlara təqdim etdikdən sonra Böyük Britaniyanın Esseks Universiteti ilə əlaqələrin yaradılmasından danışıb, universitetdə beynəlxalq münasibətlərin prioritet təşkil etdiyini bildirib. Rektor Səməd Seyidov Böyük Britaniya universitetləri ilə ADU arasında olan əməkdaşlığın genişləndiyindən söz açıb.
Mary Goudie ADU-nun Esseks Universiteti ilə əməkdaşlığının vacib olduğunu söyləyib. O, Esseksin Britaniyanın nüfuzlu universitetlərindən biri olduğunu diqqətə çatdırıb.
S. Seyidov Böyük Britaniya parlamentindəki həmkarları ilə əlaqələrin vacibliyini vurğulayıb, Azərbaycan-İngiltərə Parlamentlərarası dostluq qrupunun fəaliyyətindən, əlaqələrin genişlənməsindən danışıb. Mary Goudie ölkələr arasında əlaqələrin, xüsusən təhsil sahəsindəki əməkdaşlığın genişlənməsində universitetlərarası tələbə mübadiləsinin zəruriliyini və əhəmiyyətini önə çəkib. Sonda qonaq Universitetin İnformasiya Resurs Kompleksi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR