Bank Of Baku

Şotlandiyanın Aberdin Universitetində Novruz tədbiri keçirilib

Şotlandiyanın Aberdin Universitetində Novruz tədbiri keçirilib
# 28 mart 2011 15:43 (UTC +04:00)
Bakı - APA. Şotlandiyanın Aberdin Universitetindəki Azərbaycan Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Novruz yığıncağı təşkil edib. Cəmiyyətin rəhbəri Nigar Dadaşzadənin APA-ya verdiyi xəbərə görə, yığıncaqda 20 müxtəlif ölkədən 50-yə yaxın qonaq iştirak edib.

Qonaqlar Novruz bayramı və Azərbaycan xalqının Novruz bayramı ilə əlaqədar adət-ənənələri haqqında məlumatlandırılıb. Gecədə Azərbaycanın adət-ənənələri, təbiəti və mədəniyyəti haqqında video çarxlar, Azərbaycan milli musiqisi qonaqlara təqdim olunub. Qonaqlar Azərbaycan yeməklərindən plov, şirniyyatlardan isə şəkərbura, paxlava və qoğalın dadına baxıblar. Sonda iştirakçılara Azərbaycan haqqında jurnallar, CD-lər, broşurlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR