Bank Of Baku

Azərbaycan DSMF-nin sədri BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edəcək

Azərbaycan DSMF-nin sədri BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edəcək
# 29 mart 2011 08:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Martın 28-də Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun İsveçrəyə səfəri başlayıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, aprelin 1-ə kimi davam edəcək səfərin məqsədi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək iclasında iştirak etməkdir.

Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə birgə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarə edilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturunun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.

Səfər çərçivəsində BSTA-nın baş katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin 2011-ci ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR