Bank Of Baku

Gəncədə qanunsuz tikililərin sökülməsinə başlanılıb

Gəncədə qanunsuz tikililərin sökülməsinə başlanılıb
# 29 mart 2011 08:32 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində evlərin və binaların qarşısında qanunsuz artırmalar və hasarların sökülməsinə başlanılıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, ilk olaraq bu işlərə şəhərin Nəriman Nərimanov prospektində yerləşən binalardan start verilib. Prospektdə yerləşən bütün binaların əlavə tikililəri müasir layihə əsasında yenidən qurulur. Şəhərin baş planına uyğun olaraq aparılan abadlıq və yenidənqurma işləri bu ərazilərin görkəmini əsaslı şəkildə dəyişəcək. Burada ərazi təmizlənərək uşaq meydançaları, nümunəvi məhəllələr yaradılacaq.

Abadlıq işləri çərçivəsində “Nizami” məqbərəsi ətrafında geniş yaşıllıq zolaqlarının salınmasına başlanılıb. 10 hektara yaxın ərazidə bir neçə gün ərzində şam, küknar, çinar və iqlimə uyğun digər ağac növləri əkilib. Eyni zamanda Gəncənin giriş hissəsində yolun mühafizə zolağından 40 metr kənarda yeni yaşıllıq zolaqlarının salınması üçün son tədbirlər görülür və əraziyə ağac əkmək üçün münbit torpaq verilir. Abadlıq işlərinin sürətlə həyata keçirilməsi üçün əraziyə 50-ə yaxın müasir texnika cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR