Bank Of Baku

YAP Gənclər Birliyinin nümayəndələri Qubada soyqırımı məzarlığını ziyarət ediblər

YAP Gənclər Birliyinin nümayəndələri Qubada soyqırımı məzarlığını ziyarət ediblər
# 29 mart 2011 10:04 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup nümayəndəsi Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində yaranan kütləvi məzarlığı ziyarət ediblər. Ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımı aktları barəsində beynəlxalq ictimaiyyətə daha çox məlumatların verilməsi təşəbbüslərinin artırılması ziyarətçilər tərəfindən xüsusi vurğulanıb. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu ilin sonunadək 300 min gəncin adından Azərbaycan həqiqətləri ilə bağlı ayrı-ayrı mövzularda beynəlxalq təşkilatlara müraciət olunacaq.
YAP Gənclər Birliyinin təşəbbüsü ilə Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR