Bank Of Baku

TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib

TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib
# 29 mart 2011 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlərə xəbərdarlıq müraciəti edib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, aprelin 3-də keçiriləcək sınaq imtahanlarına 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Bununla əlaqədar TQDK bildirir ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının, yəni valideyninin, digər qohumunun və s. şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR