Bank Of Baku

IV sinif dərsliklərinin hazırlanması ilə bağlı təkliflərin qəbuluna başlanacaq

IV sinif dərsliklərinin hazırlanması ilə bağlı təkliflərin qəbuluna başlanacaq
# 29 mart 2011 12:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda orta məktəblərin IV sinif şagirdləri üçün yeni dərsliklərin hazırlanmasında iştirak etmək istəyən nəşriyyat və poliqrafiya müəssisələri aprelin 5-dən sonra bununla bağlı təkliflərini təqdim etməyə başlayacaqlar. Bu barədə APA-ya Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, bundan sonra bu məsələyə Tender Komissiyasının iclasında baxılacaq. IV siniflər üçün 40 adda yeni dərsliyin hazırlanması nəzərdə tutur.

F. Şahbazlı deyib ki, VII-XI sinif şagirdləri üçün 38 adda yeni dərsliyin hazırlanması planlaşdırılır. Bunun üçün artıq tender proseduruna başlanılıb: “Amma Satınalmalar üzrə Dövlət Agentliyinin məsləhəti ilə hələlik tenderi davam etdirmirik. Razılıq aldıqdan sonra tenderi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR