Bank Of Baku

Aprel ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti

Aprel ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti
# 29 mart 2011 14:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Gecələr 4-9, gündüzlər 12-16 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 20-24 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-33 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Gecələr 2-7, gündüzlər 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-25 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 34-59 mm) olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə aşağıdır. Gecələr 1-4 dərəcə isti, bəzi günlərdə 4-6 dərəcə şaxta gözlənilir. Gündüzlər 7-11 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 15-18 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 0-3 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 54-83 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Gecələr 3-7, gündüzlər 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-25 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-40 mm) olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə aşağıdır. Gecələr 2-7 dərəcə isti olacaq, bəzi günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 10-15 dərəcə isti olacaq, bəzi günlərdə 18-20 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 3-6 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 48-103 mm) olacaq.

Mərkəzi Aran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə isti təşkil edəcək. Gündüzlər 13-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-25 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 6-9 dərəcə isti təşkil edəsək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 30-34 mm) olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturunun 9-11 dərəcə isti olavcağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Gecələr 3-8 dərəcə isti olacaq, bəzi günlərdə temperaturun 0 dərəcəyə yaxın gözlənilir. Gündüzlər 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 18-20 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 5-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 41-63 mm) olacagı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR