Bank Of Baku

Misir Mərdanov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Misir Mərdanov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
# 29 mart 2011 14:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün təhsil naziri Misir Mərdanov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşüb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Misir Mərdanov Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Metyu Brayza iki ölkə arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini söyləyib. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Heydər Əliyev Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi istiqamətində atdığı mühüm addımları da vurğulayıb. M. Brayza, həmçinin Azərbaycanın regionlarında qızların peşə təhsilinə cəlb olunması təklifi ilə çıxış edib.
Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən nazir ABŞ universitetlərində təhsil almış azərbaycanlı məzunların Azərbaycanın ali məktəblərində akademik və elmi tədqiqata başlaması istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR