Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib
# 29 mart 2011 14:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə əlil və şəhid ailələri üçün yeni mənzillərin tikintisi, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində vəziyyət geniş təhlil olunub.

Nazir bildirib ki, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərinə, habelə nazirliyin 142 nömrəli “Qaynar xətt”i daxil olmuş müraciətlərin baxılmasına nəzarət gücləndirilib.

F.Ələkbərov vəzifələrinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşan struktur rəhbərləri və əməkdaşları barəsində ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib. O əlavə edib ki, ünvanlı yardımın və əlilliyin təyinatında qanunsuzluq hallarına, korrupsiya faktlarına yol verən işçilər sərt şəkildə cəzalandırılacaq, onların barəsində dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Müşavirədə aztəminatlı əhali qruplarının aktiv tədbirlərə cəlb olunması işlərinin gücləndirilməsi, həmçinin Tovuz rayonunda sınaq işlərinə başlanılmış ”Özünədəstək” proqramı layihəsinin digər pilot rayonlarda - Masallı, İsmayıllı və Qubada da icrası barədə tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR