Bank Of Baku

Ədliyyə Nazirliyi və BQXK arasında penitensiar sistemdə vərəmə nəzarət sahəsində əməkdaşlığa dair beynəlxalq konfrans keçirilir

Ədliyyə Nazirliyi və BQXK arasında penitensiar sistemdə vərəmə nəzarət sahəsində əməkdaşlığa dair beynəlxalq konfrans keçirilir
# 30 mart 2011 08:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında penitensiar sistemdə vərəmə nəzarət sahəsində əməkdaşlığa dair iki günlük beynəlxalq konfrans işə başlayıb. APA-nın Ədliyyə Nazirliyinin internet saytına istinadən xəbərinə görə, fəaliyyətin 15 illiyinin qeyd edilməsi və müsbət nəticələrin Şərqi Avropa və Mərkəzi Asiya regionunda geniş təbliğ olunmasına həsr olunmuş konfransda Azərbaycanın dövlət rəsmiləri, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Qırğızıstanın nümayəndələri, yerli qeyri-hökumət və beynəlxalq təşkilatların, ölkəmizdə akkreditə olunmuş səfirliklərin təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan köklü həbsxana islahatları çərçivəsində vərəmlə səmərəli mübarizədə mühüm rolu olan məhkumların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, penitensiar infrastrukturun müasirləşdirilməsi, effektiv ictimai nəzarətin tətbiqi üzrə görülən işləri vurğulayıb, bu işdə BQXK-nın fəal dəstəyini təqdir edib.
Qeyd olunub ki, BQXK ilə sıx əməkdaşlıq nəticəsində vərəmli məhkumlar üçün xüsusi İxtisaslaşdırılmış müalicə müəssisəsi və ən müasir avadanlıqla təchiz olunmuş laboratoriya yaradılıb, 11 mindən çox məhkum qabaqcıl DOTS strategiyası üzrə müalicə olunub, 2007-ci ildən Azərbaycanda ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılaraq, dünyada çox yüksək göstərici - 72% uğurlu nəticə əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR