Bank Of Baku

Sabirabadda daşqınlardan ziyan çəkən bir neçə kəndin sakinlərinə kompensasiyaların paylanmasında qanunsuzluğa yol vermiş ərazi icra nümayəndəsi işdən çıxarılıb

Sabirabadda daşqınlardan ziyan çəkən bir neçə kəndin sakinlərinə kompensasiyaların paylanmasında qanunsuzluğa yol vermiş ərazi icra nümayəndəsi işdən çıxarılıb
# 30 mart 2011 10:38 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. Sabirabadda etiraz aksiyası keçirmək istəyən bir qrup şəxsi rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov qəbul edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətindən məlumat verilib.

H. Abbasov sakinlərlə Əsgərbəyli kəndində görüşüb. Əsgərbəyli, Qasımbəyli və Yuxarı Axtaçı kənd sakinləri şikayətlərini rayon rəhbərliyinə çatdırıblar.

Kür daşqınlarına məruz qalmış kəndlərin sakinləri onlara kompensasiyaların düzgün verilməməsindən şikayətləniblər.

Sakinlərin tələbi ilə həmin kəndlər üzrə ərazi icra nümayəndəsi Babaxan Ənnağıyev qanunsuzluğa yol verdiyi üçün vəzifəsindən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR