Bank Of Baku

Azərbaycanın təhsil sistemində informasiya-kommunikasiya texnologiyaları üzrə kadr potensialı gücləndiriləcək

Azərbaycanın təhsil sistemində informasiya-kommunikasiya texnologiyaları üzrə kadr potensialı gücləndiriləcək
# 30 mart 2011 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi təhsil sistemində informasiya-kommunikasiya texnologiyaları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə bır sıra tədbirlər keçirəcək. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən APA-ya verilən məlumata görə, bu il ərzində 500 nəfər üçün təhsil sisteminin inzibati idarəetmə heyətinin savadlılığının artırılmasına yönəlmiş təlim təşkil olunacaq. Təhsil sisteminin pedaqoji heyətindən 22000 nəfər, texniki heyətdən 400 nəfər üçün təlim keçiriləcək.

Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən seçilmiş 30 pilot məktəbin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəlmiş təlimlər də təşkil ediləcək. Bu treninqlər 200 nəfəri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR