Bank Of Baku

İsraildən olan bir qrup politoloq və media nümayəndələri Qubada soyqırımı məzarlığını ziyarət ediblər

İsraildən olan bir qrup politoloq və media nümayəndələri Qubada soyqırımı məzarlığını ziyarət ediblər
# 30 mart 2011 12:35 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. İsraildən olan bir qrup politoloq və media nümayəndələri Qubada soyqırımı məzarlığını ziyarət edib. İlk olaraq Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov qonaqlara kütləvi məzarlıq haqqında geniş məlumat çatdırıb. İsrailli politoloq Aviqdor Eskin APA-nın yerli bürosuna kütləvi məzarlıq haqqında təəssüratlarını bildirib. Erməni vəhşiliyini pisləyən Aviqdor Eskin 1918-ci ildə Qubada erməni soyqırımına məruz qalan dinc əhali arasında burada yaşayan yəhudilərin də olduğunu qeyd edib. İsrailli media nümayəndələri bu faktla bağlı mətbuatda silsilə məqalələrin yazılmasının vacibliyini vurğulayıblar.
Quba Soyqırımı Məzarlığı ilə yaxından tanış olan qonaqlar daha sonra şimal bölgəsinin mədəni, tarixi eləcədə turizm imkanları ilə də maraqlanıblar.
Qeyd olunub ki, İsraildən olan nümayəndələr Azərbaycana Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü Mirşərəf Fətiyevin dəvəti ilə gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR