Bank Of Baku

Təhsil Nazirliyi bəzi rayonlar üzrə yoxlama imtahanlarının nəticələrini açıqlayıb

Təhsil Nazirliyi bəzi rayonlar üzrə yoxlama imtahanlarının nəticələrini açıqlayıb
# 30 mart 2011 12:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi martın 27-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında keçirilib. İmtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu İnternet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Növbəti imtahanlar aprelin 3-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda, aprelin 10-da Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR